Atambayev dövlət çevrilişi hazırlayıb:<span style=color:#e74c3c> Baş rolda qadın və uşaqlar-RƏSMİ</span>

Atambayev dövlət çevrilişi hazırlayıb: Baş rolda qadın və uşaqlar-RƏSMİ

A + A -

"Sabiq prezident Almazbek Atambayev dövlət çevrilişi hazırlayıb".

Cebhe.info xəbər verir ki, bunu Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsi yaydığı bəyanatda bildirib. Komitə sədri Orozbek Opombayev bildirib ki, eks- prezident bu məqsədlə özünü müdafiə üçün qadın və uşaqlardan istifadə edib.  Onun sözlərinə görə, ölü və yaralılar barədə xəbərlərin geniş yayılması ölkədə vəziyyəti qarışdırmağa xidmət edib:"Atambayev özü şəxsən atəş açıb, xüsusi təyinatlıya açılan atəş onun silahından açılıb. Bu, qəsdən edilib".

Xatırladaq ki, Atambayevin saxlanması üçün əməliyyat 7 avqustda başlayıb və 8 avqustda bitib. Atambayev təslim olub və hazırda istintaq altındadır.

Xəzər

Cebhe.info

  13.08.2019 10:51    |      4027