Bakıda iki qardaş pul üstündə bıçaqlandı

Bakıda iki qardaş pul üstündə bıçaqlandı

A + A -

Paytaxtda iki qardaş bıçaqlanıb.

Cebhe.info xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun "Şamaxı yolu" adlanan ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qeyd edək ki, hadisə zamanı onun qardaşı Tahirov Etibar Təşkilat oğlu da bıçaq xəsarəti alıb. E.Tahirov da təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona da eyni diaqnoz qoyulub

Məlumata görö, hadisə pul üstündə olub. (Report)

Cebhe.info

  11.09.2019 13:34    |      430