İran əməliyyata başladı: <span style=color:#ff0000>Tramp hər kəsi dərhal Ağ Evə topladı - QİSAS</span>

İran əməliyyata başladı: Tramp hər kəsi dərhal Ağ Evə topladı - QİSAS

A + A -

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri İraqdakı ABŞ hərbi bazasına zərbə endirib.

Cebhe.info xəbər verir k, bu barədə Pentaqondan bildirilib.

Pentaqonun məlumatına görə, bazaya 10-dan artıq raket göndərilib. “Tasnim” xəbər agentliyi isə İran tərəfindən raket atəşinin gedişatında ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarəsi İraqın "Ayn-al-Asad" bazasında uçuş-enmə zolağında məhv edildiyi xəbərini yayıb.

Ağ Evdən olayla bağlı açıqlama yayılıb. Açıqlamaya görə, raket zərbələri barədə Pezident Donald Tramp məlumatladırılıb. Dərhal Milli Təhlükəsizilk Şurası toplaşıb. İclas Tramın rəhbərliyi ilə keçirilib. 

Trampın olaya bağlı 8 yanvarda kameralar qarşısına çıxacağı gözlənilir. Ağ Evdəki iclasa qatılan dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbərliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu, 3 yanvarda öldürülən iranlı general Qasım Süleymaninin qisasının alınması məqsədi daşıyır.

Xəzər

Cebhe.info

 

  08.01.2020 07:42    |      23530