İran qarışdı: Etiraz növbəsi Xamneyiyə çatdı: <span style=color:#e74c3c>9 ölü</span>

İran qarışdı: Etiraz növbəsi Xamneyiyə çatdı: 9 ölü

A + A -

İranda benzin tariflərinin artırılmasına etiraz olaraq başlanan aksiyalarda toqquşmalar davam edir.

Cebhe.info-nun məlumatına görə, noyabrın 16-da keçirilən etirazlar zamanı polisin insanlara atəş açması nəticəsində azı 9 nəfər ölüb. Məlumatlara əsasən, ölüm hallarının 4-ü Xürrəmşəhr, qalanlar isə hərəsində 1 nəfər olmaqla, Sircan, Şiraz, İsfahan, Behbahan və Kərəcdə qeydə alınıb.

İnsan haqları fəalları etiraz dalğasının Məşhəd, Bircənd, Buşehr, Əhvaz, Mahşəhr, Gəçsaran, Babol, Ümidiyyə, Şuştər, Zahidan, Güney Azərbaycan şəhərləri və digər bölgələrə də yayıldığını bildirirlər. Müxtəlif şəhərlərdə ayağa qalxan xalq dövlətdən benzinə tətbiq edilmiş qiymət artımını ləğv etməyi tələb edir.

Sosial şəbəkələrdə aksiyalardan yayılmış videolarda xalqın "Ölüm olsun diktaturaya!" və İranın Yaxın Şərqdə yürütdüyü siyasətə qarşı şüarlar səsləndirdiyi, eləcə də dini lider Əli Xamneyinin şəklini yandırdığına dair görüntülər yer alıb .

Məşhəd şəhərindən yayılan videolarda insanların avtomobillərini yollarda saxlayıb etiraz getdikləri, eləcə də "Ruhani həya et, ölkəni azad et!", "Diktator həya et, ölkəni azad et!" kimi şüarlar səsləndirdikləri müşahidə edilir.

Bəzi görüntülərdə isə təhlükəsizlik qüvvələrinin sivil etirazçı xalqın üzərinə hücum çəkdiyi görünür.

 Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb.

Müşfiq Abdulla
Cebhe.info

  16.11.2019 23:42    |      12684