İranda həbslər başladı: <span style=color:#ff0000>SEPAH-ın səhvinin cəzasını kim ödəyəcək?</span>

İranda həbslər başladı: SEPAH-ın səhvinin cəzasını kim ödəyəcək?

A + A -

İranda Ukrayna təyyarəsinin səhvən vurmasıyla bağlı həbslər başlayıb. 

Cebhe.info xəbər verir ki, Ədliyyə Nazirliyi artıq hadisəyə görə saxlanılanların olduğunu bildirib. Açıqlamada "Vurulan Ukrayna təyyarəsi ilə bağlı bəzi şəxslər saxanılıb", - deyə bildirilib. 

Prezident Həsən Ruhani də hadisəyə görə bir nəfərin məsuliyyət daşımayacağını, bütün məsuliyyətli şəxslərin cəzalandırılacağını bildirib. Saxlanılan şəxslərin kimliyi barədə hələlik məlumat verilmir. 

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 176 nəfərin ölümü ilə nəticələnən təyyarənin səhvən vurulduğunu bildirib.

Xəzər
Cebhe.info

  14.01.2020 12:24    |      2091