İstanbulda sel fəlakəti:<span style=color:#e74c3c> İmamoğlundan ilk AÇIQLAMA</span>

İstanbulda sel fəlakəti: İmamoğlundan ilk AÇIQLAMA

A + A -

Güclü yağışlar Türkiyənin İstanbul şəhərində ciddi fəsadlar yaradıb.

Cebhe.info xəbər verir ki, daşqın xüsusilə Eminönü keçidində ciddi problemlərə yol açıb. İstirahətini yarımçıq qoyub geri qayıdan İstanbul Böyük Şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu selin yaratdığı fəsadlarla bağlı açıqlama verib.

İmamoğlu bildirib ki, hazırda bələdiyyə əməkdaşları selin problemlər yaratdığı bölgələrdə işlər aparır. Bələdiyyə sədri yağış yağan gün İstanbulda olmaması ilə bağlı tənqidlərə də aydınlıq gətirib: “İnsanıq, başqa yerdə ola bilərik. Bir neçə günlüyə ailəmin yanına istirahətə getmişdim. Ondan öncə 2 gün Nevşehirdə oldum. Hacı Bektaş Veli anın tədbirlərinə qatıldım. Ailə qarşısında da məsuliyyətimiz var”. Şəhər meri İstanbulda müşahidə olunan problemlərinin onu vəzifədə olduğu 40 günə “yüklənməsini” tənqid edib: “20-25 ildə şəhəri idarə edən insanların problemləri 40 günə yükləmələri doğru deyil. Bu, çox bəsit yanaşmadır”.
Aydın
Cebhe.info

  18.08.2019 12:11    |      4357