<span style=color:#e74c3c>“Alo, mən Trampam, gəl, qeybət edək”:</span> Ağ Ev liderinin telefon danışıqları onu ələ verdi 

“Alo, mən Trampam, gəl, qeybət edək”: Ağ Ev liderinin telefon danışıqları onu ələ verdi 

A + A -

ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə telefon söhbətində ehtiyatı əldən verməsi, az qala qeybət etməsi, bəzən isə həmsöhbəti qarşısında özünü pis vəziyyətə salması adi hala çevrilib.

Cebhe.info xəbər verir ki, ABŞ mətbuatı bu məsələyə Trampın Ukrayna lideri Vladimir Zelenski ilə qalmaqallı telefon söhbətindən sonra diqqət yetirib. Məlumata görə, Tramp ilk dəfə deyil ki, liderlərlə telefon söhbətindən siyasi səhvlər buraxır. Məsələn, O, Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində onu “böyük lider” adlandırıb və ona daha əvvəl zəng etməməsindən təəssüfləndiyini bildirib. 

“The Washington Post” yazır ki, bu, Trampın vəzifəsinin icrasına başlamasından bir müddət sonra olub. 

Səudyyə Ərəbistanı lideri ilə telefon söhbətində isə Tramp krala “Böyük Yeddilik”də yer almağa kömək edəcəyini deyib. Peru prezidenti ilə telefon söhbətində bir gün ərzində ölkəyə hərbi nəqliyyat təyyarəsi olan C-130 göndərməyi vəd edib. 

Putinlə növbəti telefon danışığında isə Tramp Şimali Koreya diktatoru Kim Çen Indan şikayətlənib, onunla münasibətləri yoluna qoymaqla bağlı məsləhətləşib. Halbuki, bir ölkənin liderinin başqa bir ölkənin lideri ilə üçüncü şəxsi müzakirə etməsi siyasi bacarıqsızlıq hesab olunur. Bu barədə  WP yazır. Nəşr yazır ki, Trampın telefon danışqıları Ağ Evdə, Dövlət Departamentində ciddi narahatlıq yaradıb. Narahatlığın ilk siqnalı 28 yanvar 2017-ci ildə verilib. Məhz bu tarixdə Tramp-Putin telefon söhbəti baş tutub. Putin bütün prosedura tam əməl edib, söhbət prosedurdan kənara çıxmayıb.  Ancaq Tramp söhbəti tez-tez məcrasından çıxararaq gah bu, gah da başqa mövzuya toxunub. 

Trampın eyni səhvləri Çin rəhəbri Si Tzinpin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da təkrarladığı deyilir.

Xəzər
Cebhe.info

  05.10.2019 20:40    |      29283