“Mingəçevir” SES-də təmir işləri:<span style=color:#e74c3c> 2 ildir işini dayandıran hidroaqreqat yenidən işə düşəcək - VİDEO</span>

“Mingəçevir” SES-də təmir işləri: 2 ildir işini dayandıran hidroaqreqat yenidən işə düşəcək - VİDEO

A + A -

 “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı “Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirir.

Bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib.

O, deyib ki, 6 hidro aqreqatdan ibarət stansiyanın 4 hidro aqreqatında təmir və bərpa işləri aparılmağa ehtiyac var idi. Elə bu səbəbdən 2017-ci ildən fəaliyyəti dayanan 6 saylı hidro aqreqatda təmir-bərpa işlərinə start verilib və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır.

“Müasir tipli idarəetmə sisteminə qoşulacaq 6 saylı hidroaqreqatda işlər avqust ayının sonunda tamamlanacaq və ardınca digər 3 hidroaqreqatda da analoji işlər həyata keçiriləcək”,-T.Abdullayev vurğulayıb.

 

“Azərenerji” ASC-nin nümayəndəsinin bildirdiyinə görə, bu günə qədər “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də gərginliyi 220/110 kilovolt, gücü 200 meqavolt amper olan əlavə avtotransormator qurlaşdırılıb, 320 metr məsafədə 220 kilovoltluq yeraltı kabel xətti, Kür çayının üstü ilə keçməklə 300 metr məsafədə 110 kilovoltluq yüksəkgərginlikli hava xətti çəkilib. Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. 

“4 ildən artıq idi ki, 220/110 kV-luq hissəsinə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, bununla qəza riski artır, eyni  zamanda qurğunun üzərində əsaslı təmir və bərpa işləri aparmaq mümkün olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etməklə, Mingəçevir və ətraf regionlarda elektrik enerjisinin keyfiyyətini artırmaq mümkün olub»,-T.Abdullayev belə deyib.

Qeyd edək ki, “Reabilitasiya Proqramı” çərçivəsində “Mingəçevir” SES-də aparılan təmir-bərpa işləri 2020-ci ildə tamamlanacaq və bununla stansiyanın dayanıqlığı və etibarlığı artırılmaqla “itirilmiş” güc bərpa olunacaq.

Cebhe.info

  14.08.2019 12:54    |      562