Nazir ABŞ-ı ikiüzlülükdə ittiham etdi

Nazir ABŞ-ı ikiüzlülükdə ittiham etdi

A + A -

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın mövqeyinə sərt təpki göstərib.

Cebhe.info xəbər verir ki, ABŞ-ın Suriya ilə bağlı siyasətini tənqid edən Mövlud Çavuşoğlu ABŞ-ı ikiüzlülükdə ittiham edib.

“Sülh çeşməsi” əməliyyatı ilə böyük oyunu pozduğunu deyən Çavuşoğlu, ABŞ-ın sanksiya ilə bir yerə çata bilməyəcəyini söyləyib:

"Suriyada neft ehtiyatlarına iddialı olduqlarını açıq şəkildə söyləyirlər. YPG/PKK kimi terror təşkilatlarına dəstək verildiyini bilirik. Suriyanın var-dövlətinə heç kimin haqqı yoxdur. Burada ikili standartlar, ikiüzlülük var. Soyqırımı ermənilər Xocalıda etdi. YPG/PKK Suriyada etnik təmizləmə etdi, niyə buna razı oldunuz?”.

Alçina Amilqızı
Cebhe.info

  09.11.2019 17:29    |      694