Putin nazirlə ocaq qaladı: <span style=color:#e74c3c>Prezidentin başı buludlara dəyir - FOTO - VİDEO</span>

Putin nazirlə ocaq qaladı: Prezidentin başı buludlara dəyir - FOTO - VİDEO

A + A -

Rusiya Prezidenti Vladimir Putin 7 oktyabrda ad gününü qeyd edir. 

Əvvəldən də xəbər verildiyi kimi, Kremlin rəhbəri ad gününü tayqa meşələrində keçirib. 

O, Sibir meşəsində göbələk toplayıb, onu müadafiə naziri Sergey Şoyqu müşayiət edib.

Onlar meşəyə helikopterlə gediblər. Daha sonra maşınla yola davam ediblər. Prezident sükan arxasında oturub. Yolun qalan hissəsini isə Putin piyada getmək istəyib. 

Putin çox xoşladığı göbələklərdən toplayıb: "Baxın, göbələyin papağına", - deyə prezident yığdığı göbələyi kameralara nümayiş etdirib. 

Daha sonr prezident və nazir dağa qalxıb. "Buludlara qədər çatdıq. Burada ən azı 2 min metrdir", - deyə Putin təqdimat edib.

Daha sonra Putin və Şoyqu ocaq kənarında piknik edib. 

Xəzər
Cebhe.info

  07.10.2019 12:19    |      18162