Qarabağ münaqişəsinin həlli prezidentin diqqət mərkəzindədir

Qarabağ münaqişəsinin həlli prezidentin diqqət mərkəzindədir

A + A -

Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya prezidentinin diqqət mərkəzindədir.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərində fəal rol oynamağa davam edir.

“Dağlıq Qarabağ tənzimlənməsində tərəflərə yardım etmək Rusiyanın xarici siyasət prioritetlərindən biridir və prezidentin diqqət mərkəzindədir. Tənzimləmə yalnız siyasi və diplomatik yolla və tərəflər arasında dialoq yolu ilə aparılmalıdır. İnanırıq ki, siyasi iradə olarsa, diplomatik səylər gec və ya tez kompromisə getməyə imkan verəcəkdir”, - deyə məlumatda qeyd olunub.

Cebhe.info

  09.11.2019 16:38    |      606