"VAZ" aşdı, ölən və yaralanan var - <span style=color:#e74c3c>Salyanda</span>

"VAZ" aşdı, ölən və yaralanan var - Salyanda

A + A -

Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info

  09.11.2019 16:45    |      485