Ronaldo Zidanı təriflədi:<span style=color:#e74c3c> “Çox yaxşı insan, əla məşqçidir”</span>

Ronaldo Zidanı təriflədi: “Çox yaxşı insan, əla məşqçidir”

A + A -

“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo “Real Madrid" klubunun baş məşqçisi Zinəddin Zidan haqqında danışıb.

Cebhe.info xəbər verir ki, “Real”lı günlərini xatırlayan ulduz futbolçu fransalı mütəxəssisi tərifləyib. “Bir futbolçunun ehtiyac duyduğu özünəinam hissi yalnız özündən asılı deyil. Ətrafındakılar, komanda yoldaşları və məşqçi də məsuliyyət daşıyır. Özünü komandanın əhəmiyyətli bir üzvü kimi hiss etməyin çox vacibdir. Zinəddin Zidanın rəhbərliyi altına özümü xüsusi futbolçu kimi hiss edirdim”, - deyə Ronaldo bildirib.

“Yuventus”da da ona münasibətin dəyişmədiyini vurğulayan Ronaldo Zidanın yaxşı məşqçi olduğunu deyib:

“Zidan mənə çox kömək etdi. Mən onu yüksək qiymətləndirirəm. Həmişə mənə deyərdi: “Kriştiano həyəcanlanma və ürəklə oyna”. O, həmişə mənə güvənirdi. Mənimlə münasibətdə açıq və dürüst idi. Buna görə də Zidanla dostluğu ürəyimdə hər zaman saxlayacağam. Mən onun böyük fanatıyam. Çünki o, həqiqətən yaxşı insan və əla məşqçidir”.

Qeyd edək ki, Ronaldo 2016-2018-ci illərdə Zidanın rəhbərliyi ilə Madridin “Real” klubunun heyətində 3 il dalbadal Çempionlar Liqasının qalibi olub.

Aydın
Cebhe.info

  14.08.2019 12:14    |      980