Serj Sarkisyanın qardaşına cinayət işi açıldı

Serj Sarkisyanın qardaşına cinayət işi açıldı

A + A -

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kiçik qardaşına cinayət işi açılıb.

Cebhe.info-nun məlumatına görə, Levon Sarkisyan Şimal-Cənub yolunun inşası zamanı qanun pozuntusuna yol verməkdə ittiham olunur. 

“Əldə edilmiş hərtərəfli sübutlara əsasən, Levon Sarkisyanın Ermənistan Cinayət Məcəlləsinin 190-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndi və Ermənistan Cinayət Məcəlləsinin 311-2-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinə əsasən, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi qərara alınıb”. 

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti  məlumat yayıb.

Qeyd edək ki, Levon Sarkisyan axtarışa verilib və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilib.

Bundan başqa, Levon Sarkisyanın oğlu Narek və qızı Ani də 2018-ci ilin iyul ayından axtarışdadır. Onlar qanunsuz yolla külli miqdarda gəlir əldə etməkdə və həmin vəsaiti gizlətməkdə ittiham olunur. 

Müşfiq Abdulla 
Cebhe.info

  11.09.2019 13:27    |      419