SSRİ-nin son marşalı dövlət çevrilişi sirrini açdı: <span style=color:#e74c3c>“Qorbaçov və Yeltsin birləşərək oyun oynadı”</span>

SSRİ-nin son marşalı dövlət çevrilişi sirrini açdı: “Qorbaçov və Yeltsin birləşərək oyun oynadı”

A + A -

SSRİ-nin  müdafiə naziri olmuş, SSRİ-nin son marşalı Dmitri Yazov maraqlı açıqlama ilə gündəmə gəlib.

Cebhe.info xəbər verir ki, o, 1991-ci ildə avqust qiyamı barədə danışıb. "Komsomolskaya pravda" qəzetinə müsahibəsində marşal bildirib ki, Mixail Qorbaçov və Boris Yeltsin birgə oyun təşkil edib: "1991-ci avqustunda orduya veriləcək pul yox idi. Mən buna baxa bilmirdim. Ordu məni başa düşməyəcəkdi".

Yazov onu da qeyd edib ki, əgər 1991-ci il avqust hadisələri təkrarlansaydı, o, özünü daha qətiyyətli aparardı. 

Xatırladaq ki, Yazov 1924-cü il 8 noyabrında dünyaya gəlib. Böyük Vətən Müharibəsində iştirak edib. 1987-1991-ci illərdə SSRİ müdafiə naziri postunu tutub. SSRİ-də marşal adını alan son hərbçisidir. 

Məhz 1991-ci ildə onun əmri ilə fövqəladə vəziyyət elan olunub, Moskvaya tanklar və ağır texnika yeridilib. 22 avqustda Yazov həbs olunub və ancaq 1993-cü il yanvarda azad edilib. 

Xatırladaq ki, avqust hadisələri deyəndə, 1991-ci il 18-21 avqustda baş verən olaylar nəzərdə tutulur. Hökumət bunu dövlət çevrilişi kimi dəyərləndirib. O zaman Rusiya Prezidenti olan Boris Yeltsin və vitse-prezident Aleksandr Rutskoy çıxış edib. Məhz onların çağırışı ilə “Ağ Ev"-in qarşısına minlərlə insan toplaşıb.  

Xəzər
Cebhe.info

 

  08.11.2019 15:51    |      9384