Ukrayna NATO üzvlüyünə bir addım da yaxınlaşdı

Ukrayna NATO üzvlüyünə bir addım da yaxınlaşdı

A + A -

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ilin sonunadək ölkənin müdafiə sisteminin NATO standartlarına keçməsini təmin edən sərəncam imzalayıb.

Cebhe.info xəbər verir ki, sərəncama görə, dekabrın 31-dək "NATO standartlarına uyğun" yeni vahid rəhbərlik və müdafiə qüvvələrinin idarəetmə sistemini tətbiq etmək lazımdır.

Həmçinin 31 dekabr tarixindək Ukrayna "Müasir effektiv hüquq-mühafizə orqanı, hərbi polis" yaratmaq niyyətindədir.

Oktyabrda Ukrayna Baş nazirinin Avropa Birliyinə inteqrasiya məsələləri üzrə müavini Dmitri Kuleba Ukraynanın NATO ilə 5 sahədə əməkdaşlığı davam etdirməyi planlaşdırdığını söyləmişdi.

Alçina Amilqızı
Cebhe.info

  09.11.2019 16:53    |      551