Azərbaycan Ordusu mülki əhaliyə qətiyyən atəş açmır

Azərbaycan Ordusu mülki əhaliyə qətiyyən atəş açmır

A + A -

Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərir.

Cebhe.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki,hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.

Bundan başqa, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilir, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilir.

Eyni zamanda Azərbaycan Ordusu tərəfindən şəraitin imkan verdiyi hallarda mülki əhalinin qabaqcadan məlumatlandırılması, həmçinin öz nəzarətində olan əhalinin düşmən zərbələrindən qorunması tədbirləri həyata keçirilir.

Cebhe.info

  2020-10-04T20:24:00+04:00    |      1288