Almaniyada koronavirusa yoluxanların sayı 58 mini ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 58 mini ötdü

A + A -

Almaniyada koronavirusa yoluxanların sayı 58 247 nəfərə çatıb.

Cebhe.info xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, ölkədə xəstəliyin fəsadlarından 455 nəfər ölüb.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Hazırda dünyada 700 mindən çox insan COVİD-19-a yoluxub, təxminən 33 min nəfər koronavirusun qurbanı olub.

Əhməd
Cebhe.info

  30.03.2020 08:48    |      1057