AVRO-2022-nin seçmə mərhələsinin püşkatma vaxtı dəyişdirilib

AVRO-2022-nin seçmə mərhələsinin püşkatma vaxtı dəyişdirilib

A + A -

Futzal üzrə AVRO-2022-nin seçmə mərhələsi üçün püşkatma mərasiminin vaxtı dəyişdirilib.

Azərbaycan Futzal Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, səbəb koronavirus pandemiyasının yayılmasıdır.

Tədbir əvvəlcədən planlaşdırıldığı kimi mayın 14-də deyil, iyulun 7-də təşkil olunacaq.

Qeyd edək ki, AVRO-2022-nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək. Seçmə mərhələnin oyunları 2021-ci il fevral, aprel və sentyabr aylarında olacaq. Final mərhələsi 2022-nin yanvar-fevral aylarında Niderlandda keçiriləcək.

Cebhe.info

  29.03.2020 20:13    |      1343