<span style=color:#ff0000>Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı</span>

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı

A + A -

Azərbaycanda 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Cebhe.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir:

"İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur".

Alçina Amilqızı
Cebhe.info

  29.03.2020 17:22    |      3444