Azərbaycanda ilk: <span style=color:#ff0000>U</span><span style=color:#ff0000>şaqlara ayda 480 manat veriləcək - ÖZƏL</span>

Azərbaycanda ilk: Uşaqlara ayda 480 manat veriləcək - ÖZƏL

A + A -

Övladlığa götürülən uşaqlara yeni müavinət növü təyin olunur.

“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə 480 manat müavinət, valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 190 manat veriləcək.

Bu barədə məlumatı Cebhe.info-ya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev verib.

Onun sözlərinə görə, bu məsələ artıq Milli Məclisin müvafiq komitəsində müzakirələrdən keçib və icrası qərarlaşıb:

“Ümumiyyətlə, uşaqlarla bağlı 9 müavinət növü var. Bu da 10-cu müavinət olacaq. Hesab edirəm ki, bu, həm humanist, həm də xeyriyyəçi bir addım olacaq. Dövlət övladlığa uşaqgötürməni həm stimullaşdıracaq, həm də onlara maddi dəstək verəcək. Onu da deyim ki, bu, ən yüksək müavinətlərdən biridir. 480 manat aylıq müavinət Azərbaycanda hələ yoxdur. Əsasən övlad götürmək istəyən əcnəbilər xəstə uşaqları götürüb, öz ölkələrində müalicə edib saxlayırlar. Amma Azərbaycanda buna bir qədər üstünlük vermirlər. Dövlət xəstə uşaqların da ailələrdə böyüməsini təmin etmək üçün belə bir müavinət növünün seçilməsini qərara alıb. Hər ay o ailələrə 480 manat müavinət veriləcək. 3-18 yaşına qədər sağlam uşaq götürülsə, buna görə 190 manat müavinət veriləcək. Bu qərar Azərbaycan qanunlarının dəyişdrilməsinə qədər qüvvədə olacaq. Nə qədər dövlət uşağa baxsa, hamı bilir ki, uşaq ailədə daha xoşbəxt , təmainatlı və güvənli olur. Bu mənada bizim də siyasətimiz ondan ibarətdir ki, ümumiyyətlə uşaq evlərində uşaq qalmasın”.

Alçina Amilqızı
Cebhe.info

  2020-09-21T13:24:35+04:00    |      12849