Azərbaycanda taksi xidmətindən istifadə artıb

Azərbaycanda taksi xidmətindən istifadə artıb

A + A -

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 10 mln. 8 mindən çox sərnişin taksi xidmətindən istifadə edib.

Bu ilin yanvar-fevral ayları ərzində taksi xidmətindən istifadə etmiş sərnişinlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 244,2 min nəfər və ya 2,5% artıb.

Bildirək ki, bu müddətdə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 270,4 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% artım qeydə alınıb. Sərnişinlərin 96,3%-i avtobus, 3,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Cebhe.info

  29.03.2020 12:47    |      1959