BAKIDA HƏYƏCAN: <span style=color:#ff0000>Məktəblərin qarşısında görüntülənən "uşaq oğrusu" tapıldı - RƏSMİ - FOTO</span>

BAKIDA HƏYƏCAN: Məktəblərin qarşısında görüntülənən "uşaq oğrusu" tapıldı - RƏSMİ - FOTO

A + A -

Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bu barədə Cebhe.info-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O deyib ki, Bakı Şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova  müəyyən olunaraq, polis idarəsinə gətirilib. 

Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. 

Alçina Amilqızı
Cebhe.info

  24.01.2020 12:35    |      40459