Bakıda polis əməkdaşları qoca qadına yardım etdilər

Bakıda polis əməkdaşları qoca qadına yardım etdilər

A + A -

Bakıda polis əməkdaşları yaşlı qadına kömək ediblər.

Pirallahı rayon sakini olan yaşlı qadın polis əməkdaşlarına müraciət edərək bildirib ki, evində içməli su qurtarıb.

Qadın qeyd edib ki, küçəyə çıxsa, xüsusi karantin rejim qaydalarını pozacaq. Buna görə də o, polislərdən su sayğacının balansına kart vasitəsilə pul yüklətdirmək üçün yardım istəyib.

Ərazidə olan polis əməkdaşı qadının evinə gələrək onun istəyini yerinə yetiriblər.

Cebhe.info

  27.03.2020 18:13    |      3620