Bərdədə həyat yoldaşını öldürən kişinin "whatsapp" yazışmaları üzə çıxdı -<span style=color:#ff0000> FOTOLAR</span>

Bərdədə həyat yoldaşını öldürən kişinin "whatsapp" yazışmaları üzə çıxdı - FOTOLAR

A + A -

Arvadını öldürən kişinin yoldaşına yazdığı mesajlar ortaya çıxıb

Cebhe.info xəbər verir ki, bir neçə gün əvvəl Bərdə rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən Qismət Zamanov hadisədən bir neçə saat əvvəl Zülfiyyə Zamanovaya mesaj yazıb. Q. Zamanov həyat yoldaşı ilə "whatsapp" yazışmasında bildirib ki, səni öldürəcəm və yaşamağa qoymayacam. Qadın isə cavab olaraq "o zaman narkotik vasitədən əl çək yenidən gəlim birlikdə yaşayaq" deyə cavab verib. Oğlan isə tərgidə bilmədiyini qeyd edib. Zülfiyyə Zamanova isə boşanmaq istədiyini desə də, Qismət uşaqları yetim qoyaraq öldürəcəyini yazıb. Bu yazışmadan bir neçə saat sonra övladını həkimə gətirən ananı uşaq xəstəxanasının həyətində 4 bıçaq vuraraq öldürüb.

Qeyd edək ki, Bərdə rayonunda müvvəqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü 32 yaşlı Qismət Zamanov qısqanclıq zəminində həyat yoldaşı 23 yaşlı Zülfiyyə Zamanovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

Cebhe.info

  29.03.2020 12:13    |      4038