Daha 4 erməni hərbçinin meyiti <span style=color:#ff0000>TAPILDI</span>

Daha 4 erməni hərbçinin meyiti TAPILDI

A + A -

Füzuli və Cəbrayıl rayonlarında aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha 4 hərbçisinin meyiti tapılıb.

Bu barədə Cebhe.info Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, onlar itkin hərbçilər siyahısına daxil idi. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb. Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.

Cebhe.info

  2021-06-10T23:23:00+04:00    |      925