Ermənilər Şuşanı dezinfeksiya edir

Ermənilər Şuşanı dezinfeksiya edir

A + A -

Dağlıq Qarabağda koronavirusun yayılmasının qarşısını almaq üçün ermənilər işğal etdikləri ərazilərdə dezinfeksiya işlərinə başlayıb.

Cebhe.info-nun Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, işğalçılar Şuşa şəhərində virusa qarşı mübarizə tədbirləri həyata keçirir. Bu məqsədlə Şuşanın küçələrinin 65 faizinin xlor məhlulu ilə yuyulduğu bildirilir. Şuşa - Xankəndi marşrutu ilə hərəkət edən avtobuslar da dezinfeksiya edilib. Dağlıq Qarabağdakı bütün müəssisə və təşkilatlara tibbi spirt və xlor məhlulu paylanıb.

Əhaliyə küçələrə çıxmamaq, izdihamlı yerlərdə toplaşmamaq və ictimai tədbirlər təşklil etməkdən qaçmaq tapşırılıb. Bu məlumatlar Dağlıq Qarabağda koronavirusun olmaması barədə məlumatların həqiqətə uyğun olmadığını göstərir.

Müşfiq Abdulla
Cebhe.info

  29.03.2020 17:37    |      2267