Güneyli siyasi fəalların həyatı təhlükədə: <span style=color:#ff0000>“Rejim vəziyyətdən sui-istifadə edə bilər”</span>

Güneyli siyasi fəalların həyatı təhlükədə: “Rejim vəziyyətdən sui-istifadə edə bilər”

A + A -

İranda koronavirus can almaqda davam edir.

Ölkə rəsmilərinin verdiyi məlumata görə, son 24 saat ərzində İran laboratoriyalarında daha 3076 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb. Dünən günorta saatlarından indiyə qədər ölkədə daha 139 nəfər koronavirusdan ölüb. Bununla da bu günə qədər ölkədə “Covid-19” virusundan ölənlərin ümumi sayı 2517 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 35 min 408 nəfərə yüksəlib.

Ölkədə fövqəladə vəziyyət elan edilməyib. Lakin bir sıra obyektlərin, iaşə müəssisələrini fəaliyyəti dayandırılıb.

Bir sıra ekspertlər tərəfindən İran rejiminin koronavirusdan sui-istifadə etdiyi iddia olunur. Hesab edilir ki, rejim pandemiyanı bəhanə edərək milli və siyasi fəallara qarşı repressiyaları gücləndirə, müxalif düşüncə mərkəzlərini dağıtmağa cəhd edə bilər.

Türkiyədə yaşayan güneyli milli fəal Kərim Əsgəri Cebhe.info-ya açıqlamasında bildirib ki, İranın hazırkı rejimi insan hüquq və azadlıqlarına məhəl qoymur:

“İran rejimi fürsətcildir. Dəfələrlə bu cür vəziyyətlərdən istifadə edib daxildə siyasi rəqiblərinə qarşı repressiyalar aparıb. Bu dəfə də istisna deyil. Bir müddət öncə koronavirusla bağlı olaraq məhbuslar buraxıldı, lakin bu akt güneyli məhkumlara şamil olunmadı. Hazırkı karantin sui-rejimindən istifadə edib siyasi fəalların sıxışdırılması mümkündür. Hazırda Güney Azərbaycanda siyasi fəalların həyatı təhlükədədir. Onları boş bir bəhanə ilə təcridxanaya sala, işlədiyi yerləri bağlaya, maddi sıxıntlya məruz qoya bilərlər. Həbsdə olan güneyli siyasi və milli fəalların həyatı da təhlükədədir”.

Lakin Kərim Əsgəri hesab edir ki, bunun qarşısını almaq mümkündür: “İndi sosial şəbəkələr və smartfon dövrüdür. İran rejiminin hər hansı bir qeyri-qanuni əməli ilə bağlı faktlar sosial şəbəkələrə çıxa və rejimi ifşa edə bilər”.

Aydın
Cebhe.info

  29.03.2020 15:53    |      7987