Gürcüstan prezidenti:<span style=color:#ff0000> “Rusiya ilə siyasi dialoq aktivləşdirilməlidir”</span>

Gürcüstan prezidenti: “Rusiya ilə siyasi dialoq aktivləşdirilməlidir”

A + A -

“Cenevrə formatı yenidən canlandırılmalı və aktivləşdirilməlidir”.

“Report” xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, effektiv diplomatik addımlar atılmalıdır: “Dəfələrlə demişəm ki, Cenevrə formatı yenilənməli və aktivləşdirməlidir”.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır. Bu danışıqlar iki ölkə arasında yeganə siyasi dialoq formatıdır.

Cebhe.info

  2020-01-14T17:20:49+04:00    |      1695