İki mağazadan oğurluq edən şəxs ələ keçdi

İki mağazadan oğurluq edən şəxs ələ keçdi

A + A -

Binəqədi rayonunda yerləşən iki mağazadan oğurluq edən şəxs tutulub.

Cebhe.info DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan pul, 40 manat dəyərində danışıq kartları və 5000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılıb.

Cebhe.info

  28.03.2020 15:33    |      1343