İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum etdi

İsveçdə ermənilər azərbaycanlı iş adamına hücum etdi

A + A -

İsveçdə yaşayan azərbaycanlı iş adamı, Qarabağ qazisi Kənan Hacıəkbəroğlu ermənilərin hücumuna məruz qalıb.

Həmvətənimiz ötən gün Göteborqda "Vitt Hem Qarabağ" restoranından çıxıb, evinə gedib. Avtomobilini evinin qarşısında saxlayan zaman ona yaxınlaşan dörd nəfərin hücumuna məruz qalıb. Onlar K.Hacıəkbəroğluya baş və bədən nahiyəsindən xəsarət yetiriblər, erməni dilində təhqir ediblər.

Həmvətənimiz çağırılan təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Ermənilər "Qarabag" dövlət nömrə nişanlı "Volvo" avtomobilini də əziblər.

Hadisə yerinə polis çağırılıb. İş adanl döyərək qaçan ermənilərin şəxsiyyətlərinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.

Cebhe.info

  2020-08-03T11:53:06+04:00    |      1365