Kanadada koronavirusa yoluxma sayı kəskin artıb

Kanadada koronavirusa yoluxma sayı kəskin artıb

A + A -

Kanadada yeni növ koronavirusa daha 800 yoluxma halı qeydə alınıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə Ontario əyalətinin Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilir ki, yoluxma halları Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb. Nunavutun yalnız Arktika ərazisində virus yayılmayıb. Xəstəliyin ən sürətli yayılması Ontario vilayətində qeydə alınıb, burada son 24 saat ərzində yoluxanların sayı 360 nəfərdən çox artaraq 1,355-ə çatıb.

Son məlumata görə, Kanadada yeni növ koronavirusa yoluxanların ümumi sayı 6258 nəfərə çatıb.

Əhməd
Cebhe.info

  30.03.2020 09:10    |      881