Koronavirusun pik həddi nə vaxt olacaq? - <span style=color:#ff0000>XƏBƏRDARLIQ</span>

Koronavirusun pik həddi nə vaxt olacaq? - XƏBƏRDARLIQ

A + A -

Çində ortaya çıxan və dünyanı “ələ keçirən” koronavirus insan sağlamlığını ciddi təhdid edir.

Cebhe.info verir ki, Çanaqqala 18 Mart Universitetinin Tibb fakültəsinin infeksiya və klinik mikrobiologiya üzrə dosenti Alper Şener yerli mediaya müsahibəsində COVİD-19 virusunun aprel ayında maksimum yayılma həddinə çatacağını deyib:

“Pandemiya 180-200 gün müddətinə araşdırılır və yayılma sürəti təyin olunur. Türkiyə üçün ilk yayılma gününün martın 11-i olduğunu nəzərə alsaq, aprel ayının ortaları bu yayılma ölkə üzrə daha da genişləcək və pik həddə çatacaq”.

Mütəxəssis onu da qeyd edib ki, belə viruslar mutasiya zamanı bəzən insanı öldürmək qabiliyyətini də itirə bilir:

“Bu virus hazırda mutasiya dövründədir. Bu cür viruslar bəzən insanı öldürmək qabiliyyətini də itirirlər. Bunun üçün insanlarda güclü immunitet yaranmalıdır. Bu halın baş verməsinə sadəcə, ümid edirik".

Fuad
Cebhe.info

  29.03.2020 23:36    |      5204