Kremldən yeni işğal planı: <span style=color:#ff0000>“Bu siyasət Rusiyanı parçalaya bilər” - Politoloq</span>

Kremldən yeni işğal planı: “Bu siyasət Rusiyanı parçalaya bilər” - Politoloq

A + A -

“Planeti cənginə alan koronovirus pandemiyasından sonra Rusiya öz ambisiyalarını həyata keçirməyi planlayır”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Kremldə düşünürlər ki, Avropanın iqtisadiyyatı zəifləyəcək və Rusiyaya daha da möhtac olacaq. Bununla da Şərqi Avropanı öz nəzarətinə götürə biləcək:

“Bu epidemiyaya Moskvada öz işğalçı layihələrini reallaşdırlması üçün əla fürsət kimi baxırlar. Ona görə də Putin daha da avantajlı görünür və Rusiyanın təsir dairsinin genişləndirəcəyini, eləcə də fövqəlgüc olacağı qənaətindədir. Fikir versək, Putin virusa meydan oxuyan kimi xəstəxanalara baş çəkir, heç bir şey olmamış kimi Rusiyanın mövqeyinin güclü olduğunu nümayiş etdirir. Rusiya ilk növbədə Belarusu öz nəzarətinə almaq və sonrakı prosesdə Ukraynanı nəzarətə götürməyə çalışacaq. Amma, Kremlin bu planları reallaşmayacaq. Qeyd edim ki, Putin Rusiya konstitusiyasında dəyişiklik etməklə özünün hakimiyyətdə növbəti mərhələdə qalmasını saxlamaqla bir növ işğalçı siyasətlərini reallaşdırmağa çalışacaq. Həmçinin, Rusiyanın tərkibində olan respublikaların və millətlərin hüquqlarını azaltmaqla mərkəzdən qaçma meyillərinin qarşısını almağı planlayır. Çünki, yeni bir işğal faktorunu həyata keçirərsə, ölkə daxilində müstəqillik ideyaları ortaya çıxa bilər”.

Politoloqun sözlərinə görə hazırda Rusiyanın tərkibində olan respublikalarda narazılıqlar var. Əsasən Şimali Qafqaz respublikalarında müəyyən bir təbəqə Rusiyadan narazıdır:

“Yeni konstitusiya qəbul edildikdən sonra subyektlərdə narazılıqlar daha çox artacaq. Ümumiyyətlə, Rusiyanın yeni konstitusiya referendumuna federasiya tərkibində respublika əhalisinin səsverəməsi real görünmür. Bu da Rusiyanın zəifləməsinə gətirəcək. Əgər, Rusiya Şərqi Avropa və Cənubi Qafqaza qarşı öz geosiyasi ambissiyalarını və aqressiyasını artırarsa, Federasiya tərkibində respublikalar Moskvaya qarşı öz müstəqillik uğrunda mübarizəsinə başlaya bilərlər. Ona görə də Putinin yeni ittifaq və işğal planları Rusiyanın daxildən parçalanmasına gətirə bilər”.

Alçina Amilqızı
Cebhe.info

  26.03.2020 13:30    |      7019