“Azəriqaz” Prezidentin iradından sonra kimi cəzalandırdı? - <span style=color:#ff0000>ÖZƏL</span>

“Azəriqaz” Prezidentin iradından sonra kimi cəzalandırdı? - ÖZƏL

A + A -

Məlumdur ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azəriqaz”ın fəaliyyətindən narazılığını dilə gətirmişdi. 

Prezident bildirmişdi ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır: 

“Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır". 

Bundan sonra Prezidentin tapşırıqlarına uyğun olaraq qeyd olunan halların qarşısının alınması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydalarında yeniliklər tətbiq olunduğu bildirildi. Şikayətlərə baxılması üçün də tədbirlər planı hazırlandı. Bunun ardınca isə qurumda şikayətlər üzrə komissiya yaradıldı. 

Maraqlıdır, indiyədək həmin komissiyaya nə qədər şikayət daxil olub və cəzalandırılan olubmu? 

“Azəriqaz” İstehsalat Birliyi Cebhe.info-nun bununla bağlı sorğusunu cavablandırıb. Bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyinə 2019-cu ildə daxil olan şikayətlər 2018-ci illə müqayisədə 42 % azalıb: 

“Belə ki, 2018-ci ildə ümumilikdə 21 295 şikayət daxil olduğu halda, 2019-cu ildə bu rəqəm 12 440-a bərabər olub. 2019-cu ildə şikayətlərin 98 %-nin icrası təmin edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi haqlı iradlardan sonra “Azəriqaz” İB-də xüsusi komissiya yaradılaraq işə daha məsuliyyətlə yanaşılıb, nöqsanların aradan qaldırılması, fəaliyyətdə şəffaflığın artırılması üçün bir sıra tədbirlər görülüb. Bunun nəticəsidir ki, ötən il daxil olan şikayətlərin sayında da xeyli azalma müşahidə olunub. Məsələn, 2019-cu il aprel ayında keçirilən müşavirədən sonra, 2018-ci ilin eyni dövrü ilə müqayisədə may ayında 28 %, iyun ayında isə 49 % şikayətlərin sayında azalma müşahidə edilib və bu tendensiya ilin sonunadək davam edib”. 

Alçina Amilqızı 
Cebhe.info

  2020-01-09T12:51:05+04:00    |      28645