<span style=color:#ff0000>“İrşad” kreditləri dayandırdı, “Kontakt” isə…</span>

“İrşad” kreditləri dayandırdı, “Kontakt” isə…

A + A -

Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda da qeydə alınması ciddi mübarizə tədbirlərini vacib edib.

Belə ki, artıq ötən gün xüsusi karantin rejiminin gücləndirilməsi barədə qərar verilib. Qərara əsasən, martın 29-u saat 00:00-dan etibarən supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılacaq. Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarında olacaq. İnsanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına giriş məhdudlaşdırılacaq və s. Bəzi dövlət müəssisələrində işlərin bir aylıq dayandırılması barədə qərar var.

İndi bir çoxlarını düşündürən məsələ “evdə qal” kampaniyasının kirayədə yaşayan, kredit ödəyən vətəndaşların vəziyyətinə təsiridir.

Bir sıra qurumlar var ki, vətəndaşlara dəstək olmaq üçün bəzi güzəştlərə çalışırlar. Sosial şəbəkədə yayılan məlumata görə, “İrşad Elektroniks” ödənişləri bir aylıq təxirə salıb. Məsələni dəqiqləşdirmək üçün özləri ilə əlaqə saxladıq.

“İrşad Elektroniks”dən Cebhe.info-ya bildirilib ki, müştərilərin maddi vəziyyəti nəzərə alınaraq məhz aprel ayı üçün belə bir addım atılıb: “May ayından başlayaraq müştərilərimiz kreditlərini ödəməyə davam edəcəklər”.

Maraqlıdır, “Kontakt Home” da belə bir təşəbbüsə qoşulacaq?

“Kontakt Home”dan Cebhe.info-ya verilən açıqlamada hələlik belə qərarın olmadığı deyilib:

“Kreditlərin, ödənişlərin təxirə salınması ilə bağlı qərarımız yoxdu, danışıqlar getmir, lakin vətəndaş bununla bağlı müraciət edərsə, ona individual olaraq kömək etməyə çalışır, müraciətlərə baxırıq”.

Səyad Həsənli
Cebhe.info

  28.03.2020 12:37    |      5919