“Koronavirusa görə seçicilərimlə görüşə bilmədiyimə üzülürəm” - <span style=color:#ff0000>DEPUTAT</span>

“Koronavirusa görə seçicilərimlə görüşə bilmədiyimə üzülürəm” - DEPUTAT

A + A -

“Koronavirus pandemiyası bütün dünyada, o sıradan Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün sosial təcrid tədbirlərinin həyata keçirilməsini, bir çox dövlət qurumları ilə yanaşı, parlamentdəki fəaliyyətimizi də müvəqqəti olaraq məhdudlaşdırılmasını zəruri etdi.

Bu səbəbdən də ilk gündən seçicilərlə görüşün qrafikini tərtib edib paralamentin aparatını və təmsil olunduğum komitə rəhbərliyini məlumatlandırsam da, seçkiqabağı təbliğat dövründə söz verdiyim kimi seçicilərlə dərhal görüşlərin keçirilməsinə sosial təcrid tədbirləri səbəbindən başlaya bilmədik”.

Cebhe.info xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bayram günlərini seçicilərimlə bir yerdə keçirmək istəyi baş tutmayıb:

“Buna üzülsəm də, qarşıda bizi gözəl günlərin gözlədiyinə və ünsiyyətimizin daha sıx və mütəmadi olacağına inanıram. Hazırda ölkədə tətbiq olunan məhdudlaşdırma tədbirlərini nəzərə alaraq seçicilərimlə onlayn ünsiyyəti davam etdirirəm. Növbəti bir ayda pandemiya səbəbindən bir sıra dövlət qurumlarının əməkdaşlarının növbədənkənar məzuniyyətə göndərilməsini anlayışla qarşılayan seçicilərimə təşəkkürümü bildirirəm. İnşallah, tezliklə daxil olan müraciətləri müvafiq qurumlarla birgə müzakirə etmək imkanlarımız olacaq.

Seçicilərimin əksəriyyətinin vəziyyəti doğru qiymətləndirməsi və ölkəmizdə koronavirusa qarşı həyata keçirilən dövlət siyasətini dəstəkləməsi, həmrəylik nümayiş etdirməsi məni çox sevindirir. Mən də seçicilərimə bildirmək istəyirəm ki, yaxın günlərdə Füzuli rayonunda ofisimiz açılacaq və rəsmi təmsilçiliyimiz fəaliyyətə başlayacaq. Bu barədə sizinlə əlavə, detallı məlumat bölüşəcəm. Əminəm ki, qısa zamanda seçicilərimlə arzusunda olduğum canlı ünsiyyətimiz bərpa olunacaq, birlikdə post-koronavirus dövrünün çağrışlarına töhvə verəcəyik”.

Vilayət Muxtar
Cebhe.info

  27.03.2020 11:26    |      5798