“O, bir türk sevdalısı idi” - <span style=color:#ff0000>Əflatun Amaşov Dərviş Osmandan yazdı</span>

“O, bir türk sevdalısı idi” - Əflatun Amaşov Dərviş Osmandan yazdı

A + A -

“Şair, publisist, folklor tədqiqatçısı, “Borçalı” Aşıqlar Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Dərviş Osman - Osman Əhmədoğlu dünyasını dəyişib. Mərhumun vəfatından kədərlənir, üzüntü keçirir, doğmalarına, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm”.

Cebhe.info xəbər verir ki, bu sözləri özünün “Facebook” səhifəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

MŞ sədri Osman Əhmədoğlunun əsl türk sevdalısı olduğunu bildirib: “Dünya Qarapapaqlarının İstanbul şəhərində keçrilən 1-ci qurultayında “Türk Dünyasına hizmət” ödülünə layiq görülmüşdü. Bütün mənalı həyatını türkçlüyün təbliğinə həsr etmişdi. "Dərviş" Cəmiyyətinin qurucusu və başqanı, Tiflisdə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı olmuş O.Əhmədoğlu türk sevdasını Borçalı sevgisi ilə çulğalaşdırmış, bunu yaradıcılıq müstəvisinə məharətlə daşımağı bacarmışdı. Fəaliyyəti Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilmiş, ölkənin "Şöhrət" ordeni ilə təltif olunmuşdu. Bu fəxri mükafata layiq görülmüş ilk türk şairi kimi tarixə düşmüşdü.

Dərviş Osmanın - Osman Əhmədoğlunun yoxluğu hamımız üçün böyük itkidir. Uca Tanrıdan bir daha bu böyük insana rəhmət diləyirəm.

Məkanı cənnət, ruhu şad olsun!”

Cebhe.info

  18.03.2020 15:26    |      1508