“Qalatasaray”ın braziliyalı müdafiəçisi “Əl Nəsr” klubuna keçib

“Qalatasaray”ın braziliyalı müdafiəçisi “Əl Nəsr” klubuna keçib

A + A -

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Maykon Pereyra Roke karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib.

2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykon bu kluba transfer olunub. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq.

Qeyd edək ki, braziliyalı müdafiəçi 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a keçmişdi.

Cebhe.info

  2020-08-02T11:58:00+04:00    |      1926