Los Ancelesdəki Baş Konsulluğumuz erməni döyüşçü ilə şikayət verdi

Los Ancelesdəki Baş Konsulluğumuz erməni döyüşçü ilə şikayət verdi

A + A -

Dünən UFC yarışında erməni əsilli döyüşçü Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırıb.

Cebhe. info-nun məlumatına görə, Xarici İşlər Nazirliyinin(XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in suallarını cavablandırarkən bildirib ki, UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib:

"Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb. UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib".

Əli Bədir
Cebhe. Info

  2020-08-03T12:20:19+04:00    |      1299