Lukaşenko sözündən dönmür: <span style=color:#ff0000>“İnsanları axmaq yerinə qoyublar, koronavirus siyasətdir”</span>

Lukaşenko sözündən dönmür: “İnsanları axmaq yerinə qoyublar, koronavirus siyasətdir”

A + A -

“Dediyim fikirlərin üstündə qalıram. Koronavirus xəstəlikdən daha artıq bir şeydir”.

Cebhe.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, insanları bu vasitə ilə aldadırlar.

“Belnovosti.by” yazır ki, Lukaşenko “Mən əvvəlki kimi bu fikrimin üzərində qalıram. Xəstəlik onun yarısıdır, bəlkə daha da azı. Qalan yarısı isə siyasətdir. 2020-ci il də siyasətçilər ilidir”, - deyə Minskdə traktor zavodunda olarkən deyib.

Lukaşenkonun fikrincə, insanları axmaq yerinə qoyublar: “İşin çətinliyi də məhz bundadır”.

Xatırladaq ki, yoluxmanın çox olmasına baxmayaraq, Lukaşenko sərt karantin tədbirləri elan etməyəcəyini bəyan edib.
Xəzər
Cebhe.info

  2020-05-30T20:01:24+04:00    |      48005