Maska və geyim..: <span style=color:#ff0000>Virusun "sevimli temperatur"u - ARAŞDIRMA </span>

Maska və geyim..: Virusun "sevimli temperatur"u - ARAŞDIRMA

A + A -

Dünyanı cənginə alan COVİD-19-un özünü yüksək hərarət, boğaz agrısı və öskürəklə biruzə verdiyi deyilir.

Cebhe.info xəbər verir ki, mütəxəssislər koronavirus üçün "sevimli temperatur”u müəyyən ediblər.

Honq-Konq Universitetinin mütəxəssislərinin apardığı araşdırmalar göstərib ki, koronavirus üçün ən yaxşı temperatur +4 dərəcədən başlayır. Əgər dezinfeksiya işləri aparılmasa, virus bu şəraitdə 14 gün fəal ola bilər.

SARS-CoV-2 koronavirusu isə yüksək temperatura davamlı deyil. O, 70 dərəcə temperatuda 5 dəqiqəyə məhv olur.

Mütəxəssislərin gəldiyi qənaətə görə, virus kağız üzərində 3 saata məhv olur. Geyim və emal edilmiş ağacda 2 həftə yaşayır. Şüşə üzərində 4 gün, plastikdə 7 gün dözə bilir. Hətta tibbi maskaların üzərində də virus 7 gün qala bilir. Buna görə də həmin maskalardan təkrar istifadə məsləhət görülmür.

Xəzər
Cebhe.info

  29.03.2020 18:10    |      2828