Mübariz Mənsimov azad edilib? -  <span style=color:#ff0000>Şirkətdən AÇIQLAMA</span>

Mübariz Mənsimov azad edilib? - Şirkətdən AÇIQLAMA

A + A -

“Palmali” şirkətinin prezidenti, hazırda həbsdə aclıq aksiyası keçirən Mübariz Mənsimovun azad edilərək xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb.

Cebhe.info xəbər verir ki, şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumatı təkzib edib. O bildirib ki, M.Mənsimov həbsxanada aclıq orucunu davam etdirir:

“Bir müddət əvvəl keçirdiyi ağır cərrahiyyə əməliyyatı və aclıq orucu Mənsimovun səhhətinə ciddi təsir edir. Onun azadlığa buraxılması və ya xəstəxanaya yerləşdirilməsi xəbərləri həqiqətə uyğun deyil. Hazırda Mübariz Mənsimovun azadlığa buraxılması məqsədi ilə hüquqi proses davam edir. Vəkillər onun azad olunması üçün əllərindən gələni edirlər”.

Xəzər
Cebhe.info

  26.03.2020 16:49    |      3521