Namizədlər üçün ödənişli təşqviqat: <span style=color:#ff0000>İTV-yə müraciət edən yoxdur</span>

Namizədlər üçün ödənişli təşqviqat: İTV-yə müraciət edən yoxdur

A + A -

Məlum olduğu kimi, bir neçə gün əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərin ödənişli təşviqatına qoşulub. 

Belə ki, İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. 

İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Şirkətdən verilən məlumata görə, namizədlərin təşviqatlarını aparması üçün İTV həmçinin ödənişsiz efir vaxtı verməyə də hazırdır. 

Lakin qanunvericiliyə uyğun olaraq ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək.

Maraqlıdır, namizədlərdən kimlər təşviqat kampaniyası üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinə müraciət edib.

Cebhe.info-ya açıqlama verən İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı heç bir müraciətin daxil olmadığını qeyd edib: 

“Təşviqat kampaniyası yanvarın 17-si başlayacağı üçün yəqin ki, o zaman müraciət edəcəklər”. 

Səyad Həsənli 
Cebhe.info

  14.01.2020 16:10    |      1354