Parisdə virusa yoluxan Mirvari Fətəliyeva baş verənləri danışdı: <span style=color:#ff0000>NECƏ BAŞLADI?</span>

Parisdə virusa yoluxan Mirvari Fətəliyeva baş verənləri danışdı: NECƏ BAŞLADI?

A + A -

Xəbər verdiyimiz kimi, Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva koronavirusa yoluxub.

O, Cebhe.info-ya bildirib ki, hazırda müalicəsi davam edir. Həyat yoldaşında isə koronavirus testinin cavabı neqativ çıxıb.

M.Fətəliyeva virusa yoluxmasıyla bağlı “Facebook” səhifəsində paylaşım da edib:

"Bütün dünyanı təşvişə salan Covid-19 virusu təəssüf ki, məndən də yan keçmədi. Elm aləmi, eləcə də hər birimiz üçün yeni olan bu virus haqqında doğru olub-olmayan bir çox məlumatlar yayılıb. Virusun əsasən səhhətində müəyyən problemləri olan yaşlı nəsilin nümayəndələri üçün təhlükəli olması barədə artıq hamımız bilirik. Amma çox təssüf ki, heç bir sağlamlıq problemi olmayan gənclər də bu virusdan dünyasını dəyişmə təhlükəsi qarşısındadır. Fransada və diğər ölkələrdə artıq biz bunun şahidiyik".

M.Fətəliyevanın sözlərinə görə, hər bədən bu virusa müxtəlif cür reaksiya verir, bəzi insanlar heç hiss etmədən də bu xəstəliyin daşıyıcısı ola bilər:

"Mənə bir çoxlarınız bu virusun simptomları və müalicəsi haqqında suallar verirsiniz. Çalışacağam ki, öz təcrübəmi sizlərlə bölüşərək vəziyyətin nə dərəcədə ciddi və təhlükəli olduğunu çatdırım və bəlkə də müyyən dərəcədə sizə kömək olum”.

O bildirib ki, simptomlar ilk olaraq bir neçə gün halsızlıqla başlayıb:

“Daha sonra baş ağrıları, boğaz qıcıqlanması, ishal, növbəti günlər isə beldən aşağı kəskin sümük ağrıları və nəfəs almaqda çətinlik çəkməklə müşahidə olundu. İlk günlər ciddiyə almasam da, vəziyyətim daha da ağırlaşmağa başladı və məcbur yaşadığım ərazidəki xəstəxanaya müraciət edərək skayner vasitəsilə müayinədən keçdim və Covid-19 virusuna yoluxduğum həmin gün təsdiqləndi.

Qeyd edim ki, Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır, yerlər çox məhduddur və yalnız yüksək temperaturdan və nəfəs çatışmazlığından əziyyət çəkən xəstələr müalicə üçün qəbul edilir. Buna görə də mənim ev şəraitində qalmağımı və müalicə almağımı məsləhət gördülər. Mən artıq 4 gündür ki, həkimlər tərəfindən müəyyən edilmiş dərmanlardan istifadə edirəm və vəziyyətimdə müsbət irəliləyişin olduğinu hiss etməyə başlayıram. Ağrılarım səngiyib, təngənəfəsliyim isə get-gedə azalmağa başlayıb. Təəssüf ki, təyin edilmiş müalicə hər xəstə üçün indivudal olduğundan bu haqda açıqlama verməyim düzgün olmaz.

Onu da qeyd edim ki, bəzən insanlar düşünür ki, əgər bir dəfə virusa yoluxuruqsa, bədən öyrəşir və artıq təhlükə yoxdur. Amma sağalan xəstələrdə yenidən yoluxma halları müşahidə olunur. Sizə bu mürciətimlə vəziyyətin nə dərəcədə ağır və ciddi olduğunu vurğulamaq eləcə də özünüzü, yaxınlarınızı, ətrafınızdakıları qorumaqla bütün xalqımızı qorumağa səsləməkdir".

Xəzər
Cebhe.info

  29.03.2020 21:29    |      3730