Paşinyan Qafqazı “qan çanağına” çevirir:<span style=color:#ff0000> Terrorçuları bölgəyə yığır</span>

Paşinyan Qafqazı “qan çanağına” çevirir: Terrorçuları bölgəyə yığır

A + A -

Ermənistan hakimiyyəti xaricdəki terrorçu qrupları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir.

Son vaxtlar Livan ermənilərinin Ermənistanda və Dağlıq Qarabağda məskunlaşdırılması prosesi həyata keçirilir. Hətta Nikol Paşinyan hökuməti Livan ermənilərini Ermənistan vətəndaşlığı vermək üçün hüquqi prosedurları da sadələşdirib.

Ermənistanda işsizlik səviyyəsinin yüksək olduğunu və eləcə də işğal altındakı ərazilərdə yaşayış imkanlarının çox çətin olmasını nəzərə alsaq, Livan miqrantları ciddi problemlə üzləşəcək. Hətta onlar Suriyadan Ermənistana qaçmış ermənilər kimi sonradan geri qayıda bilər.

Ona görə də böyük ehtimalla, rəsmi İrəvan Livan ermənilərindən muzdlu döyüşçü və terrorçu kimi istifadə etməklə onların qalmasını təmin etməyə çalışacaq. 1990-cı illərin əvvəlində Ermənistan bu üsuldan istifadə edib. Qeyd edək ki, Ermənistanda Müdafiə Nazirliyinin silahlı qüvvələrindən əlavə, könüllü xalq qoşununun yaradılması qərara alınıb. Livandan köçürülən ermənilərin bir qismi terrorçu kimi həmin xalq qoşununa cəlb edilə bilər. Eyni zamanda, son günlər PKK terrorçulıarının Ermənistanın vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi barədə məlumatlar var. Suriyada və İraqda Türkiyə silahlı qüvvələrinin apardığı anti-terror əməliyyatından qaçan PKK silahlıları Ermənistanda və Dağlıq Qarabağda sığınacaq tapıb.

Çox güman ki, Ermənistan rəsmilərinin Türkiyənin guya Suriyadan gələn terrorçuları Azərbaycanda yerləşdirməsi barədə dezinformasiya yayması da PKK olayını gizlətmək məqsədi daşıyıb. Ümumiyyətlə, hazırda Ermənistan hakimiyyəti tərəfindən muzdlu militan qrupların formalaşdırılması müşahidə olunur. Paşinyan bu silahlı dəstələrdən həm Azərbaycana qarşı, həm də öz hakimiyyətini möhkəmlətmək üçün istifadə edə bilər. Çünki Ermənistanda terrorçu qruplar daima hakimiyyətin təşkilində iştirak edib.

Yəni dinc inqilab yolu ilə hökumət başına gələn Nikol Paşinyanın siyasi dayaqlarını artıq kütlə deyil, hərbi, terrorçu qruplar təşkil etməyə başlayıb. Bu isə Paşinyanın “məxməri inqilab” zamanı vəd etdiyi bütün demokratik prinsiplərə əməl etmədiyini göstərir. Qonşu Gürcüstandan fərqli olaraq, inqilab Ermənistana demokratiya gətirə bilmədi. 2018-ci ildə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Ermənistandakı inqilaba münasibət bildirən zaman Paşinyana tövsiyə edərək belə demişdi:

“Mənim həyata keçirdiyim islahatları təkrarlasa da mənim səhvlərini təkrarlamasın”.

Amma Paşinyan Saakaşvilinin nə Gürcüstana verdiyi töhfələri, nə də səhvlərini öz ölkəsində edə bilmədi. O, demokratiyadan getdikcə uzaqlaşaraq tamamilə başqa sistem qurub. Mixeil Saakaşvili ölkədə siyasi, hüquqi və iqtisadi islahatlar həyata keçirdi. Ölkədə cinayətkarlığı minimum həddə endirdi. Cinayətkar aləmdə tanınmış avtoritetlərin Gürcüstan ərazisində fəaliyyətinə qadağa qoydu. Ondan fərqli olaraq, Paşinyan terrorçu qrupları Ermənistana və özünün komandanlığı altına yığır. Demokratik ölkədə, təbii ki, hökumət terrorçuluğa dəstək verə bilməz.

Əgər Paşinyan bunu edirsə, deməli öz prinsiplərinə qarşı çıxır. Paşinyanın islahatları bir qrup şəxsi korrupsiya ilə mübarizə adı altında həbs etdirməkdən ibarət olub. Bu proses isə uzunmüddətli olmayıb. Saakaşvilidən fərqli olaraq, Paşinyan aparıcı Qərb dövlətlərinin və transmilli şirkətlərin maliyyə dəstəyini qazana bilməyib. Bu da Qərb investisiyalarının Ermənistan iqtisadiyyatına cəlb edilməsi üçün göstərilən səyləri puça çıxartdı. Paşinyanın xarici siyasətdə siyasi spekulyasiyalara yol verməsi ABŞ-ın və Avropanın dəstəyini itirməsi ilə nəticələndi.

Digər səbəb isə onun Dağlıq Qarabağ probleminin həllinə dair götürdüyü öhdəliklərdən imtina etməsidir. Paşinyanı hakimiyyətə gələn zaman ABŞ-a Dağlıq Qarabağaın ətrafındakı yeddi rayonu azad edəcəyini, “Mərhələli həll planı”na imza atacağını, Azərbaycan və Türkiyə ilə sərhədləri açaraq Avrointeqrasiya kursu yürüdəcəyinə söz vermişdi. Sonralar bu öhdəliklər “Bolton planı” adlanan təkliflər paketində yer aldı. Ancaq Paşinyan nəinki öz vədinə əməl etmədi, hətta Azərbaycanla danışıqlardan belə imtina edərək sərt kursa üstünlük verdi. Ermənistan xarici siyasətdə ABŞ-dan daha çox Fransa və Rusiya ilə yaxınlaşmaq yolunu seçib. Sərhədlərin qapalı olması və münaqişənin davam etməsi xarici investorları çəkindirən əsas amillərdən birini təşkil edir. Paşinyanın islahatlar barədə vədlərini yerinə yetirə bilməməsi onun Ermənistan cəmiyyətində saxtakar kimi tanınmasına səbəb olub. Amma Gürcüstanda Saakaşvilinin belə imici yoxdur. O, daha çox modern Gürcüstanın qurucusu kimi tanınır. Ekspertlərin fikrincə, Saakaşvili Gürcüstanın siyasi elitasının nümayəndəsi olub.

O, hakimiyyətə gələrkən müəyyən siyasi və iqtisadi dairələrin maraqlarını təmsil edib. Paşinyan isə hakim elita ilə əlaqəsi olmayıb. O, əsasən xarici dairələrin, yəni üçüncü qüvvəninin nümayəndəsi kimi hakimiyyətə gəlib. Lakin Paşinyan hər hansı sərmayə gətirən xarici dəstəyi malik deyil. İndiyə qədər Ermənistanda və onun hüdudlarından kənarda Paşinyana güvənəcək ciddi bir siyasi və ya iqtisadi dairə yoxdur. Hətta xaricdəki varlı ermənilərin belə Ermənistana investisiya yatırmaq istəməməsi Paşinyanı çətin vəziyyətə salıb. Onlar sərmayələri üçün siyasi təhlükəsizlik zəmanətləri istəyirlər. Lakin Paşinyan bu təminatları verə bilməz. Bəzi hakimiyyətə gəldiyi zaman ədalətli qaydalarla oynayacağına söz verib. Amma dürüst qaydalar erməni oliqarxların maraqlarına cavab vermir. Ermənistanda sərmayəçi ola biləcək əsas maraqlı tərəflər Qərbdə deyil, Rusiyadadır.

Lakin onlar siyasi səbəblərdən bunu etməyə tələsmir. Paşinyan isə heç bir tərəfə siyasi təhlükəsizlik zəmanəti verə bilmir. Saakaşvilinin islahatları elə İvanişvilinin özü də daxil olamqla milyarder gürcülərin Gürcüstanda biznes qurması üçün əlverişli mühit yaratdı. Paşinyanın islahatlarını dəstələyəcək və ona bağlı olan iş adamları isə yoxdur. Çünki Paşinyan iqtisadi və siyasi şəffaflıq mühiti formalaşdıra bilmir.

Müşfiq Abdulla
Cebhe.info

  2020-09-19T12:15:10+04:00    |      12860