Qəzalı binanın sakinləri İcra Hakimiyyətinə müraciət etdi: <span style=color:#ff0000>“Dözülməzdi…” - FOTOLAR, VİDEO</span>

Qəzalı binanın sakinləri İcra Hakimiyyətinə müraciət etdi: “Dözülməzdi…” - FOTOLAR, VİDEO

A + A -

Bakının bir sıra rayonlarında yaşayış binaları koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq dezinfeksiya edilir.

Xətai rayonunda yerləşən Nəsrəddin Tusi küçəsinin sakinləri Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək qəzalı vəziyyətdə olan binanın giriş qapılarının və zirzəmisinin dezinfeksiya edilməsini vacib sayıblar.

“Nəsrəddin Tusi küçəsində yerləşən 21 saylı bina onsuz da qəzalı vəziyyətdədir. Binanın kanalizasiya sistemi normal işləmir, tez-tez tutulur. İki gündən bir kanalizasiya borusu tutulur, çirkab su zirzəmiyə və blokun girişinə axır. Bu şəraitdə yaşamaq dözülməzdir. Ölkədə koronavirusla bağlı karantin tədbirləri görülür, yaşayış binaları dezinfeksiya edilir. Bizim də binanın giriş qapısı və zirzəmisi dezinfeksiya edilməlidir”-deyə, sakinlər bildirib.

Aydın
Cebhe.info

  26.03.2020 17:21    |      4291