"Küçələr bom-boş, təbiət bir az nəfəs almaq istəyir" - <span style=color:#ff0000>Xalq artisti ölümcül virusdan yazdı, izləyiciləri isə...</span>

"Küçələr bom-boş, təbiət bir az nəfəs almaq istəyir" - Xalq artisti ölümcül virusdan yazdı, izləyiciləri isə...

A + A -

Xalq artisti Brilyant Dadaşovanın koronavirusla bağlı yazdığı status cəmiyyətdə birmənalı qarşılanmayıb.

Cebhe.info xəbər verir ki, müğənni tənqidlərə görə hətta şərh bölməsini bağlayıb.

Xalq artistinin həmin statusunu təqdim edirik: "Təbiət öz qucağını necə də gözəl təmizlədi. Pis insanlardan, şər-böhtanlardan, günahsız insanları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan öz qucağını bərk əli ilə təmizlədi. Küçələr bom-boş... Təbiət bir az da nəfəs almaq istəyir. Az da olsa... Ümid edirəm ki, məni izləyənlər dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər".

Cebhe.info

  27.03.2020 15:27    |      2597