"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"

"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"

A + A -

"Napoli"nin baş məşqçisi Qatuzzo Çempionlar Liqasının 1/16 finalında "Barselona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:

"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Qeyd edək ki, Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Cebhe.info

  2020-08-03T00:54:00+04:00    |      2828