"Moskvanın hava limanlarında bir nəfər də olsun azərbaycanlı yoxdur"

"Moskvanın hava limanlarında bir nəfər də olsun azərbaycanlı yoxdur"

A + A -

Bu gün (26 mart) Rusiyanın xəbər agentliyi RİA Novosti, Moskvadakı Vnukovo hava limanının tranzit zonasında Bakıya gələ bilməyən azərbaycanlıların olması barədə məlumat yayıb. “Azərbaycanlılar neytral zonadadır. Ora getmək üçün yol yoxdur. Məhsulları hava limanının personalı vasitəsilə ötürməli olacağıq”,-deyə agentlik Vnukovo könüllülərinin birindən sitat gətirib.

“Vnukovo aeroportunun tranzit zonasında azərbaycanlıların olması barədə məlumatlar yalandır. Bu məlumatı qəti şəkildə təkzib edirəm. Nə Vnukovo, nə Şeremetyevo, nə də digər hava limanlarında bir nəfər də olsun Azərbaycan vətəndaşı yoxdur"deyən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu virtualaz.org-a müsahibəsində RİA Novosti-nin məlumatını təkzib edib.

P. Bülbüloğlu Moskvadan Bakıya beynəlxalq reyslərin müntəzəm həyata keçirildiyini də xatırladıb.

Yeri gəlmişkən, bundan əvvəl bəzi KİV-lər AZAL-ın mətbuat xidmətinə istinadən bildirmişdilər ki, martın 26-dan etibarən Azərbaycan Hava Yolları beynəlxalq istiqamətdə uçuşları yalnız Moskva və Londona yerinə yetirəcək.

Cebhe.info

  26.03.2020 21:06    |      4049